Bizi sosial şəbəkələrdən izləyin:
Saatlıda qulaqları zəif eşidən kişi arvadını döyüb.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.
Qrip olduğu üçün qulaqları tutulan 32 yaşlı Amin Cəfərov (ad və soyad şərtidir) arvadının dediyi sözləri eşitməyib. Qadın ikinci dəfə sözləri təkrar etsə də, Amin yenə eşitməyib və arvadını yumruqla vuraraq, yerə yıxıb. Sonra saçından tutaraq, çarpayının yanına sürükləyib və başını taxtaya çırpıb.
Bu əməlinə görə, Amin Cəfərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı törətdiyi əməlin yüngüllük dərəcəsinə görə Aminin amnistiya aktına düşdüyü müəyyən edilib.
Saatlı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.