Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda usta iş yerində ölüb.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.
Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırmalar aparılır.