Ağdamda narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU
Hadisə
789
12:49, Bu gün

Ağdamda narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib.

Moderator.az xəbər verir ki, araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib. 

M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Link kopyalandı!
Son xəbərlər