22:39
4°C
Bakı
Ağstafa rayonunda kişi ocaqda yanıb ölüb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Ceyrançöl ərazisində baş verib.
Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
(Oxu.az)