Xəbər verdiyimiz kimi, ötən axşam Şəki şəhərində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumatda bildirilir ki, müayinə və diaqnostik yoxlamadan sonra “Opel”in sürücüsü Murad İmaməliyevdə döş qəfəsinin və diz oynağının əzilməsi, sərnişinlər Pərviz Əhmədovun kəllədaxili travması, döş qəfəsinin əzilməsi və hər baldırın səthi travması, Rəşad Məmmədovun isə kəllədaxili travması, hər iki dizin səthi travması, boynun səthi travması, döş qəfəsinin əzilməsi müəyyən edilib. Yaralıların həyatı təhlükəsi yoxdur və müalicələri davam etdirilir.
Qeyd edək ki, “Opel” və “Hundai” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 46 yaşlı Murad İmaməliyev eləcədə sərnişinləri 36 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş vermiş yol qəzası ilə bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır.
(Azərtac)