Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərlənib
Hadisə
1062
09:12, Bu gün

Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.

Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər