Gəncədə bir-birinə bitişik üç evdə yanğın baş verdi
Hadisə
1898
03 Jan 2026 | 08:39

Gəncədə bir-birinə bitişik üç evdə yanğın baş verdi

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.
 
Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər