Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın bu gün xəstəxanada ölüb.
Bu barədə Moderator.az-a Ucar rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü Mahmudova Xatirə Əmrah qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.
Xatırladaq ki, dekabrın 31-də baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər (2 kişi, 1 qadın) xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.