Gəncədə yaşayış binasında yanğın olub
Hadisə
286
18:30, Bu gün

Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb.

Dərhal əraziyə Fövqəlhadə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər