Bakıda kömək bəhanəsi ilə ahıl qadının pulunu taladılar
Hadisə
313
17:37, Bu gün

Bakıda kömək bəhanəsi ilə ahıl qadının pulunu taladılar

75 yaşlı qadın Xətai rayonu ərazisində üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, ahıl qadın mağazadan alış-veriş edib evə qayıdarkən qarşılaşdığı iki naməlum adam ona əlindəki yükünü daşımaq üçün kömək təklif edib. Daha sonra isə həmin şəxslər zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını talayıblar.

"Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər