Müharibədən qaçan suriyalı Naxçıvanda TUTULDU
Hadisə
479
13:02, Bu gün

Müharibədən qaçan suriyalı Naxçıvanda TUTULDU

Suriyadan qaçan şəxs Naxçıvanda tutulub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Muxtar Repsublikanın Culfa rayonunda qeydə alınıb.
 
İttiham aktına görə, 52 yaşlı Suriya vətəndaşı Azərbaycana qanunsuz keçərkən saxlanılıb. Onun barəsində müvafiq maddə ilə cinayət işi başlanıb.
 
Təqsirləndirilən əcnəbi bildirib ki, ölkəsində daxili münaqişələr və iqtisadi rifah aşağı səviyyədə olduğu üçün 1 il əvvəl İraqın Ərbil şəhərinə köçüb. Burada iş tapa bilmədiyi üçün qanunsuz yolla İrana keçib. İrana gedərkən bütün sənədlərini itirib. Bir müddət Qum, Tehran və Təbriz şəhərlərində qalsa da, burada da iş tapa bilməyib. Yaxın regionda iqtisadi vəziyyəti və yaşayış səviyyəsi yüksək olan ölkələri axtarıb. İnternetdə araşdırma aparıb və axtardığı ölkənin Azərbaycan olduğunu müəyyən edib. Lakin sənədləri olmadığı üçün Azərbaycana qanunsuz keçməyi qərara alıb. Buna görə də İran-Azərbaycan sərhədinin Culfa keçid məntəqəsinə yaxınlaşıb. Bir saat ərazini müşahidə etdikdən sonra, Araz çayındakı körpünün üstündə TIR-ların arası ilə gizlicə Culfaya gəlmək istəyib. Bu zaman iranlı sərhədçilər onu çağırsa da, məhəl qoymayıb. Lakin Azərbaycan sərhədçiləri onu saxlayıb.
 
O, əməlindən çox peşman olduğunu, xəstəliyini və qısa ömrü qaldığını bildirərək, məhkəmədən ona köməklik göstərilməsini xahiş edib.
 
Culfa rayon Məhkəməsinin qərarı ilə Suriya vətəndaşı 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Link kopyalandı!
Son xəbərlər