Tovuzda göldən qadın meyiti tapılıb
Hadisə
228
01 Jan 2026 | 22:20

Tovuzda göldən qadın meyiti tapılıb

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

Moderator.az məlumatına görə hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.

Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər