Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ
Hadisə
318
01 Jan 2026 | 22:00

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ

Yanvarın 1-də Bakıda bıçaqlanma hadisəsi baş verib.

Moderator.az News24.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Ərazidə yerləşən "Purple Karaoke" restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı Emil Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edək ki, qətlə yetirilən E.Rəcəbli sözügedən restoranda administrator vəzifəsində çalışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər