Zərdabda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Hadisə
174
21:35, Bu gün

Zərdabda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər