Göyçayda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.
Moderator.az "Report"a istinadla xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı həyatını itirib.
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər xəsarət alıb.
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla beş nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.