Lerikə gedən mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var
Hadisə
686
12:14, Bu gün

Lerikə gedən mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, qəza səhər saatlarında qeydə alınıb.
 
Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşıb.
 
Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Hadisədə xəsarət almış 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər