02:34
7°C
Bakı
İşləmək üçün Gürcüstana gedən azərbaycanlılar ölkəyə geri qayıda bilmirlər.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şamil Pirverdiyev, İlham Məmmədli və Vidadi Məmmədov aylar öncə fəhlə işinə görə Gürcüstana gediblər.
Orada sonradan tanış olduqları azərbaycanlılara kömək etmək məqsədilə yaşadıqları evə aparıblar, onlara iş də tapıblar. Lakin həmin şəxslər arasında mübahisə yaranıb. Daha sonra onlardan biri cinayətə görə həbsə, digəri isə xəstəxanaya düşüb. Xəstəxananın pulunu ödəmədən də Azərbaycana gəlib.
İndi orada qalan bu şəxslərə deyilir ki, xəstəxana pulunu ödəyin və qaçan şəxsi geri qaytarın.