Tovuzda ağır yol qəzası-Xəsarət alan var - FOTOLAR
Hadisə
131
17:13, Bu gün

Tovuzda ağır yol qəzası-Xəsarət alan var - FOTOLAR

Tovuz rayonunda idarəetmədən çıxan avtomobil qəzadan sonra piyada səkisinə çırpılıb.

Moderator.az xəbər verir ki, hadisə rayonun H. Aslanov küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil  "VAZ 2104" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Opel" piyada səkisinə çırpılıb. Qəza zamanı "VAZ 2104" markalı avtomobilib sürücüsü 1978-ci il təvəllüdlü Rauf Sadıqov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər