20:15
5°C
Bakı
Tovuz rayonunda idarəetmədən çıxan avtomobil qəzadan sonra piyada səkisinə çırpılıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun H. Aslanov küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil "VAZ 2104" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Opel" piyada səkisinə çırpılıb. Qəza zamanı "VAZ 2104" markalı avtomobilib sürücüsü 1978-ci il təvəllüdlü Rauf Sadıqov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.



