Ucarda 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib
Hadisə
915
30 Dec 2025 | 17:07

Ucarda 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib

Ucarda keçirilən korporativ bayram tədbirindən sonra bir qrup şəxsin halı pisləşib.

Rayon mərkəzi xəstəxanasından bildirilib ki, bu gün zəhərlənmə şübhəsi ilə 14 nəfər (3 kişi, 11 qadın) Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

(Azərtac)

Link kopyalandı!
Son xəbərlər