Azərbaycanda axtarışda olan şəxs Bosniyada saxlanıldı
Hadisə
1377
30 Dec 2025 | 14:38

Azərbaycanda axtarışda olan şəxs Bosniyada saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.
 
Moderator.az xəbər verir ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
 
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər