Sumqayıtda
Hadisə
251
13:23, Bu gün

Sumqayıtda "Volkswagen" qaçırıldı

Sumqayıtda şəhər sakinlərindən birinə məxsus avtomobil qaçırılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gecə saatlarında “Volkswagen” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Bəbirov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər