Bacısının nişanında dayısı arvadının bir balon pulunu oğurladı
Hadisə
159
13:10, Bu gün

Bacısının nişanında dayısı arvadının bir balon pulunu oğurladı

Ağcabədidə evdən 4500 manat pul oğurlanıb.
 
Hadisə şəhərin N. Abdullayev küçəsində baş verib.
 
İttiham aktına görə, 18 yaşlı Cəfər Babaşov (ad və soyad şərtidir) bacısının nişan məclisi üçün evlərinə gəlib kömək edən dayısı arvadının evinə girib. O, məclis davam edərkən, qadının evinə gedərək, yataq otağının şkafında içi pulla dolu iki balon görüb və birini götürüb. Həmin balonun içərisində isə 4500 manat pul olub.
 
Bu əməlinə görə, Cəfər Babaşov saxlanılıb və barəsində cinayət işi açılıb.
 
İstintaq zamanı zərərçəkən ona dəyən ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.
 
Ağcabədi rayon Məhkəməsinin qərarı ilə Cəfər Babaşov barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. /Lent.az/
 
Link kopyalandı!
Son xəbərlər