Hacıqabulda qəzada yaralanan gənc vəfat etdi
Hadisə
202
13:07, Bu gün

Hacıqabulda qəzada yaralanan gənc vəfat etdi

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu müalicə aldığı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.
 
Qeyd edək ki, Hacıqabul rayonu Meyniman kəndində “Chevrolet” markalı minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət almışdı.
 
Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilmişdi.
 
Daha bir nəfərə isə ambulator yardım göstərilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər