Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
Hadisə
1398
30 Dec 2025 | 10:02

Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı

Tovuzda yük avtomobillərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Moderator.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dekabr ayı ərzində 3 yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Akif Qaracayev saxlanılıb.
 
O, “Kamaz” markalı avtomobillərdən 2140 manat dəyərində 8 ədəd akkumulyator oğurlayaraq satıb.
 
Araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər