Bizi sosial şəbəkələrdən izləyin:
Qaxda avtomobil ağaca çırpılıb.
Moderator.az xəbər verir ki, dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.