23:26
3°C
Bakı
Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.