Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Moderator.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Məlumatda qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənmədən, qısa müddətdə söndürülüb.
19:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Moderator.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.