Dövlətə qarşı çağırışlarda təqsirləndirilən Ərəstun Oruclu yanvarda mühakimə olunacaq
Hadisə
195
16:28, Bu gün

Dövlətə qarşı çağırışlarda təqsirləndirilən Ərəstun Oruclu yanvarda mühakimə olunacaq

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işinin məhkəmə istintaqı başlayır.

Moderator.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası 5 yanvara planlaşdırılıb.

Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunub.

Bildirilib ki, o, 4 yanvar 2023-cü il və 24 oktyabr 2024-cü il tarixlərdə "YouTube" internet platformasındakı kanallarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi ilə çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Link kopyalandı!
Son xəbərlər