03:46
4°C
Bakı
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Maşad kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Yusif Məmmədovun idarə etdiyi VAZ-2115 markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı hasara çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.