Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı - VİDEO
Hadisə
587
10:34, Bu gün

Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı - VİDEO

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Moderator.az- a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər