12:25
6°C
Bakı
Goranboyda ər-arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.
Moderator.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hər iki şəxsə dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.