Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabadda avtomobil kanala aşıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın kanala düşüb. Qəza nəticəsində sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.