22:36
9°C
Bakı
Bakıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində baş verib.
63 yaşlı Əli Şirin oğlu Əliquluyev elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq Xəzər rayonu, Buzovna qəsəbəsindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq o, dekabrın 27-də dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.