Dələduzluqda təqsirləndirilən
Hadisə
438
09:30, Bu gün

Dələduzluqda təqsirləndirilən "şəhid xanımı"na HÖKM OXUNDU

Özünü Antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22 500 manatlıq dələduzluq edib.

Moderator.az-ın "Teleqraf"a istinadən məlumata görə, o, Bərdədən olan şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin mənzili onun qızına sata biləcəyini və ondan alacağı məbləği sənədləşmə üçün xərcləcəyini bildirib.

Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətlə qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütəmadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb onu inandırmaq məqsədilə yalandan bazardan açar alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evin olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan edildiyini deyib.

Rəsmiyyə inamı itirməmək üçün tez-tez "WhatsApp"da şəhid arvadı olmağı ilə bağlı paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.

Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılığa gələrək barışıq sazişi imzaladığını bildirib.

Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə məhdudlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər