01:57
4°C
Bakı
Gəncə şəhərinin bir neçə böyük qəsəbəsində mavi yanacağın verilişi dayanıb.
Moderator.az xəbər verir ki, Cavad Xan, Türklər qəsəbələri və Gülüstan yaşayış massivində qazın verilişi təxminən 4 saata yaxındır dayandırılıb.
Bu qəsəbələr Gəncə şəhərinin ən iri yaşayış massivləri hesab olunur. Qəsəbələrdə təxminən 20 min abonent var.
İlkin məlumata görə, problemə səbəb Gəncə şəhəri Comərd Qəssab Türbəsi adlanan ərazidə, şəhərin 1-ci hissəsini qidalandıran diametri 530 mm-lik orta təzyiqli qaz xəttində baş vermiş kəskin qaz sızmasıdır.
Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.