23:57
4°C
Bakı
Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, “Mercedes Vito” markalı avtomobillə “QAZ 3110” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “VAZ”da olan üç nəfər – Yeni Qızılca kənd sakinləri, 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini, 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən tibb müəssisəsinə aparılıblar. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.