20:54
5°C
Bakı
Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində anidən pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna göndərilib.
