Elşən Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu
Hadisə
262
17:00, Bu gün

Elşən Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri Elşən Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Moderator.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Elşən Məmmədovun direktoru olduğu "Proline İnnovation Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və sədri olduğu Azərbaycan Estetik Təbabət Assosiasiyasına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.

İdarə tərəfindən 1974-cü il tarixində Göyçay rayonunda anadan olmuş Elşən Məmmədova Yasamal rayonunda qeydiyyatda olduğu ünvanına borcun ödənilməsi üçün məktub göndərilib. Lakin borc ödənilməyib və idarə tərəfindən məhkəməyə müraciət olunub.

Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və bunun səbəbləri barədə məlumat verməyib.

Məhkəmənin hökmü ilə Elşən Şahmar oğlu Məmmədovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Məlumata görə, Elşən Məmmədovun ümumilikdə 30 min manatdan çox vergi borcu var.

Link kopyalandı!
Son xəbərlər