Şabranda narkotik əməliyyatı: Saxlanılan şəxsdən heroin və metamfetamin götürülüb
Hadisə
843
12:41, Bu gün

Şabranda narkotik əməliyyatı: Saxlanılan şəxsdən heroin və metamfetamin götürülüb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Səxavət Kərimov saxlanılıb.
 
Moderator.az xəbər verir ki, onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
 
Faktla bağlı başlanılmış cinayət işi üzrə məhkəmənin qərarı ilə S.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
Link kopyalandı!
Son xəbərlər