Balakəndə məktəbdə yanğın baş verib
Hadisə
252
25 Dec 2025 | 23:00

Balakəndə məktəbdə yanğın baş verib

Balakən şəhərində yerləşən Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.

Moderator.az xəbər verir ki , hadisə dekabrın 25-də günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0.5 poqon metr elektrik kabeli yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər