00:02
4°C
Bakı
Tovuzda yol qəzası baş verib.
Moderator.az xəbər verir ki, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində baş verib.
Məlumata görə, "Opel" markalı avtomobil idarəetməni itirərək əvvəlcə ağaca çırpılıb, daha sonra isə su arxına düşüb.
Qəza zamanı sürücü – Tovuz rayonunun Qaraxanlı kənd sakini, 1990-cı il təvəllüdlü Rauf Bayramov xəsarət alıb.
Yaralı ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.