Cinayət işi yoxa çıxıb? - RƏSMİ CAVAB
Hadisə
153
17:00, Bu gün

Cinayət işi yoxa çıxıb? - RƏSMİ CAVAB

"Bəzi media subyektləri tərəfindən Cabir Həsən oğlu Zaidovun barəsində istintaqı aparılmış cinayət işinin guya 13 il əvvəl tamamlanaraq baxılması üçün məhkəməyə göndərilməsi və sonradan həmin materialların yoxa çıxması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Cabir Həsən oğlu Zaidov CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddələr üzrə yekun ittiham elan olunub".

Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib:

"Məhkəmə baxışı zamanı təqsirləndirilən Cabir Zaidovun təqsiri sübuta yetirilsə də, ittiham edildiyi maddələr üzrə məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr 2012-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə istinad edilən əməllər Cinayət Məcəlləsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid maddələrinə tövsif edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Bu baxımdan, cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı müvafiq məktubda qeyd olunan "Bakı Ağır Cinayətlər Məhkəməsi" ifadəsi texniki səhvdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər