Bizi sosial şəbəkələrdən izləyin:
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Nazirliyin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
13:20
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə Moderator.az-a nazirlikdən bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.