İki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Hadisə
920
12:30, Bu gün

İki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi açıldı

Bu gün Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı cinayət işi açılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, hadisə saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində qeydə alınıb:
 
“Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər