Bizi sosial şəbəkələrdən izləyin:
Siyəzəndə azyaşlı avtomobildə yanaraq ölüb.
Moderator.az-ın məlumatına görə, hadisə Böyük Həmyə kəndinin ərazisində baş verib.
Kənd sakini 34 yaşlı Hüseynağa Seyfəl oğlu Bağırova məxsus “VAZ-2107” markalı avtomobildə yanğın olub. Nəticədə nəqliyyat vasitəsində olan H. Bağırovun 2 yaşlı oğlu Seyfəl yanaraq, ölüb.
Faktla bağlı araşdırma aparılır.