Bakıda iki nəfər dəm qazından boğulub öldü
Hadisə
401
09:12, Bu gün

Bakıda iki nəfər dəm qazından boğulub öldü

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
 
Moderator.az xəbər verir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğlu evin həyətində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
 
Bundan başqa, Xəzər rayonu Binə qəsəbəsi, Qardaşxan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Qasımova Xəyalə Asif qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər