Pirotexniki vasitələr satan şəxslər saxlanıldı
Hadisə
190
15:57, Bu gün

Pirotexniki vasitələr satan şəxslər saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar.
 
Moderator.az xəbər verir ki, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
 
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
 
Bu istiqamətdə tədbirlər davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər