Müdafiə Nazirliyinin mayoru həbsdə qaldı
Hadisə
226
12:44, Bu gün

Müdafiə Nazirliyinin mayoru həbsdə qaldı

Müdafiə Nazirliyin "İstirahət evi"nin rüşvət almada təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
 
Moderator.az APA-ya istinadla xəbər veri ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və qərar qəbul edilib.
 
Qərara əsasən, təqdimat təmin edilib və İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.
 
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.
 
Təqsirləndirilən İlham Haqverdiyevin Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Link kopyalandı!
Son xəbərlər