Xətai rayonunda yeni bina tikintisi sakinlərin narazılığına səbəb olub - VİDEO
Hadisə
905
23 Dec 2025 | 23:40

Xətai rayonunda yeni bina tikintisi sakinlərin narazılığına səbəb olub - VİDEO

Bakıda 3000-dən çox sakinin yaşadığı binaların ətrafı hasara alınıb.

Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Xətai rayonu, Gəncə prospekti, 23, 25, 27 ünvanlarından gedir.

Sakinlər deyirlər ki, yaşadıqları binanın qarşısındakı ərazidə başqa bir yaşayış binası tikiləcək.

Bu səbəbdən sakinlərin uzun müddətdir istifadə etdiyi yol bağlanıb. Onlar mərkəzə getmək üçün uzun məsafə qət etməli olurlar.

Sakinlər binanın qarşısında yeni bina tikilməsini istəmirlər. Onlar iddia edirlər ki, 15 il öncə baş verən zəlzələdən sonra binalarında problem yaranıb. Üstəlik, yeni binanın tikiləcəyi ərazi sürüşmə zonasıdır.

Məsələni araşdıranda məlum olub ki, qeyd olunan ünvanlarda yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq çıxarışa əsasən yaşayış binalarının tikintisi üçün "Hayat Residence" MMC-yə icarəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, sözügedən ərazi sürüşmə zonası kimi müəyyən edilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər